Qohumu 51 yaşlı kişini güllələdi

qohumu-51-yasli-kisini-gulleledi
Oxunma sayı: 2393

Sabirabad rayonunda 51 yaşlı kişi güllələnib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində baş verib.

Belə ki, rayon sakini, 1970-ci il təvəllüdlü Mirmövsümov Mirqiyas Mirheydər oğlu qohumu tərəfindən güllələnib.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. M.Mirmövsümov cərrahiyyə şöbəsində əməliyyat olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli