Tovuzda qətl hadisəsi törədilib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Qalaboynu kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Əmiraslanov Məqsəd İlqar oğlu baş nahiyəsindən ov tüfəngi ilə güllələnib.
10-cu sinif şagirdi, 17 yaşlı M. Əmiraslanov qohumu və sinif yoldaşı ilə heyvan otarmağa gedib. Onlar heyvanlarını canavarlardan qorumaq üçün özləri ilə ov tüfəngi də götürüblər. Onlar zarafatlaşan zaman ov tüfəngi açılıb və Məqsəd Əmiraslanov başından xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb.
Son xəbərlər
Son Xəbərlər