Qohumuna 100 min dollar verdi, ala bilmir

qohumuna-100-min-dollar-verdi-ala-bilmir
Oxunma sayı: 1779

Bakı sakininin 100 min ABŞ dolları mənimsənilib. 

“Qafqazinfo”nun məlumatına görə, 1960-cı il təvəllüdlü Ofelya Məmmədova Yasamal rayon polis idarəsinə ərizə ilə müraciət edib. 

Bildirib ki, 2016-cı ildə qohumu 1972-ci il təvəllüdlü Elşad Səlimova 3 aylıq müddətə 100 min ABŞ dolları borc pul verib. Lakin qohumu onu aldadaraq vəsaiti mənimsəyib. 

Faktla bağlı Yasamal  Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.