Qohumunu öldürməyə cəhd etdi, 7 il həbs verildi

qohumunu-oldurmeye-cehd-etdi-7-il-hebs-verildi
Oxunma sayı: 1245

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməyə cəhddə təqsirləndirilən Aqil Abdullayevə hökm oxunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A. Abdullayev 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. 

Ötən məhkəmə iclasında A.Abdullayev bildirmişdi ki, Süleyman Abdullayevi onu dəfələrlə təhqir etdiyi üçün vurub: " O, mənim arvadım haqda artıq-əskik danışırdı. Süleymana "sənə nə var, mənim üç uşağım var, əl çək bizdən dedim". Hətta mənə mesajlar da yazırdı. Onu bıçaqla necə vurduğum yadımda deyil”. 

Zərərçəkmiş Süleyman Abdullayev isə hadisənin pul söhbəti üstündə baş verdiyini bildirib: “Onun arvadı ilə mənim aramda heç nə olmayıb". 

İttihama görə, 2017-ci il aprelin 2-də Sumqayıt şəhərində yaşayan 1998-ci il təvəllüdlü Abdullayev Süleyman Müseyib oğlu bıçaqlanıb. Həkimlər 20 yaşlı gəncin həyatını xilas edə biliblər.

Hadisəni törədən 1975-ci il təvəllüdlü Abdullayev Aqil saxlanılıb. O, bıçaqlanan şəxsin qaynının əmisi oğludur. 

Murad Əhməd