Qohumunu ov tüfəngi ilə vuran şəxs saxlanıldı

qohumunu-ov-tufengi-ile-vuran-sexs-saxlanildi
Oxunma sayı: 1311

Xaçmazda qohumunu güllələyən şəxs saxlanılıb.

Rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, yanvarın 8-də Köhnə Xaçmaz kənd sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin qohumu 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə  zamanı ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Nail Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.