Qohumunu qonaq çağırıb özü onun evinə oğurluğa getdi - Video

qohumunu-qonaq-cagirib-ozu-onun-evine-ogurluga-getdi
Oxunma sayı: 3281

Sumqayıtda qohum və tanışlarına məxsus 5 evdən oğurluq edən şəhər sakini saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Sumqayıtda evlərdən oğurluq edən şəhər sakini Nərminə Məmmədova saxlanılıb. Onun bu ilin əvvəlindən başlayaraq Sumqayıt şəhərində qohum və tanışlarına məxsus 5 evdən oğurluq etdiyi müəyyən edilib. Həmin şəxs mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları oğurlayıb.

Qeyd edək ki, Nərminə Məmmədova oğurluq etməzdən əvvəl həmin məzillərin açarlarını əldə edərək surətlərini çıxarıb. Daha sonra ev sahibləri orada olmadığı müddətdə mənzillərdən oğurluqlar edib. Hətta bir epizodda o, oğurluq edəcəyi mənzilin sahibini öz evinə qonaq da çağırıb. Həmin şəxsin qonaq olduğu müddətdə Nərminə Məmmədova vacib bir iş dalınca getdiyini bildirərək evdən çıxıb və həmin məzildən oğurluq edib. Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqların hər birini etiraf edib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.