Qohumunu yük maşınının salonunda gizlətdi - Foto+Video

qohumunu-yuk-masininin-salonunda-gizletdi
Oxunma sayı: 3355

Yük avtomobilinin salonunda qohumunu gizlədərək Balakən rayonuna aparmaq istəyən sürücü saxlanılıb. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Balakən rayonu ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Kürdəmir rayon sakini Allahverdi Eybalıyevin idarə etdiyi “Shacman” markalı yük maşını saxlanılıb. Həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən sürücünün qohumu Emil Fətəliyev müəyyən edilib.

Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.