Qol vurdu, qırmızı vərəqə alıb meydandan qovuldu - Foto

qol-vurdu-qirmizi-vereqe-alib-meydandan-qovuldu
Oxunma sayı: 3830

Dünya çempionatının qrup mərhələsinin 3-cü turunda keçirilən Kamerun – Braziliya (1:0) matçında maraqlı hal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, afrikalıların futbolçusu Vinsent Abubakar 90+2-ci dəqiqədə qol vurduqdan sonra qırmızı vərəqə görüb.

Buna səbəb isə 10 dəqiqə öncə sarı vərəqə alan futbolçunun sevincini qeyd etmək üçün formasını çıxarıb 2-ci sarı vərəqəni alması olub.