“Qol vurmaq seksdən də yaxşıdır”

qol-vurmaq-seksden-de-yaxsidir
Oxunma sayı: 4112

Slaven Biliç (“Beşiktaş”ın baş məşqçisi): “Dünyanı təkbaşıma qurtara biləcəyimi düşünmürəm. Amma hər zaman haqsızın qarşısında olacağam”

“Qadınların gözəlliyinə hörmət edirəm. Amma futbol onlardan daha gözəldir”.

Çikarito (“Real”ın hücumçusu): “Bəli, mən xristianam. Amma Məhəmməd Peyğəmbər örnək aldığım tək insandır”.

Atif Şeşu (“Sivasspor”un hücumçusu): “Adımı yazmaq üçün illərlə çalışdım. Amma hələ də hansı məna verdiyini bilmirəm”.

Metin Kurt (“Qalatasaray”ın sabiq futbolçusu): “Futbol meydanda gözəldir, kənarda deyil”.

Tolqa Zəngin (“Beşiktaş”ın qapıçısı): “Olimpiya Stadionu”nda gözəl olan tək şey adının “Atatürk” olmasıdır”.

Filip Lam (“Bavariya”ın müdafiəçisi): “Məni bu il oyun oynamaq yox, tez-tez kubok qaldırmaq yordu (2012-2013 mövsümü üçün deyib)”.

Samuel Etoo (“Sampdoriya”nın hücumçusu): “Mourinyo kimi məşqçi ətrafınızda olduqdan sonra heç darıxmazsınız. Ondan bir dənə var”.

Arsen Venger (“Arsenal”ın baş məşqçisi): “Azarkeşlərimizə həmişə demişəm türk bayrağına hörmət edin. Çünki onlar bayraqları üçün canlarını verərlər”

“Teo Valkott o qədər sürətlidir ki, bəzən məşqlərdə özündə olmayıb topu da keçir”.

Mario Balotelli (“Liverpul”un hücumçusu): “İtaliya millisindən oynamaqdan daha gözəl olan Andre Pirlo kimi sehirbazla eyni komandada oynamaqdır”.

“Futbol, yoxsa qızlar daha gözəldir soruşsalara, heç düşünmədən futbol deyərəm. Amma bir az düşünsəm, qızları seçərəm”.

“Şakira”nı İspaniya ilə oynayacağımız final oyununa dəvət edəcəm ki, Pikeyə nələr etdiyimi görsün”

Luis Suares (“Barselona”nın hücumçusu): “4 il öncə sırf Cerardla oynamaq üçün “Playstation”da “Liverpul”u seçərdim. İndi isə onunla bərabər oynayıram (“Liverpul”da oynadığı vaxt deyib).

Manuel Fernandes (Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi): “Portuqal və ispanların pasla, türklərin ürəkləri ilə oynadığı oyunun adı futboldur”.

Kriştianu Ronaldo (“Real”ın hücumçusu): “Messi ağıllı, İbrahimoviç güclü, Bekhem yaraşıqlıdır deyə sevilirlər. Amma mən heç sevilmirəm. Çünki bunların 3-ü də məndə var”.

Lionel Messi (“Barselona”nın hücumçusu): “Ronaldo, yoxsa sən deyə soran insanlara Ronaldinyo hələ də həyatdadır deyərək mövzunu bağlayıram”.

Pep Qvardiola (“Bavariya”nın baş məşqçisi): “Ən böyük məqsədim Messini dünyanın ən yaxşı futbolçusu etməkdi, amma o məni dünyanın ən yaxşı məşqçisi etdi”.

Neymar (“Barselona”nın yarımmüdafiəçisi): “Uşaq ikən Devid Bekhemin heyranı idim. Böyüdüm və baxım ki, heç nə dəyişməyib”.

Andres İniesta (“Barselona”nın yarımmüdafiəçisi): “Kriştianu Ronaldo əla futbolçu və əla insandır. Başqaları niyə onunla problem yaşayır, bunu anlamıram”.

Marko Roys (“Borussiya”nın yarımmüdafiəçisi): “Mario Götze mənə “Bavariya”ya gedəcəyini deyəndə özümü tuta bilmədim, çox ağladım”.

Andrey Şevçenko (Ukrayna millisinin sabiq futbolçusu): “Küçədə balaca uşaqların qırmızı “Milan” forması geydiyi günlər üçün darıxıram”.

Paskal Numa (“Beşiktaş”ın sabiq futbolçusu): “Dostlarım mənim Necati Şaşmazdan daha yaxşı türkcə danışdığımı deyilər”.

“Əgər əvəzlənməsəydim, komanda yoldaşlarımı bıçaqlayardım (0:6 “Leed Yunayted”ə məğlubiyyət sonrası)”.

Uesli Sneyder (“Qalatasarau” və Hollandiya millisinin yarımmüdafiəçisi): “Hollandiya milli komandasının içərisində qərara gəldik və Robbenə dedik ki, bundan sonra o oynamaq üçün özünə ayrıca bir top gətirsin”.

Devid Bekhem (İngiltərə millisinin sabiq futbolçusu): “Futbolu buraxmağı ilk dəfə Messi topu sağımdan atıb solumdan keçdiyi zaman düşündüm”.

Yaya Ture (“Mançester Siti”ni yarımmüdafəçisi): “Jurnalistin matçın oyunçusu seçildiniz, bunu şampanla qeyd edəcəkmisiniz sualına belə cavab verib: “Mən içki içmirəm, çünki müsəlmanam. Leskot içər ona verin””.

Roberto Mançini (“İnter”in baş məşqçisi): “Ronaldonu dayandırmaq üçün polis çağırmaq lazımdır”.

Əl-Şəravi (“Milan”ın hücumçusu): “İbrahimoviçin komandadan gedişi əla oldu. Çünki artıq mənə ötürmə ver deyən biri yoxdur”.

Viktor Vanyama (“Seltikin futbolçusu”) “Barselona”ya qol vurmaq seksdən də yaxşıdır”.

Joze Mourinyo (“Çelsi”nin baş məşqçisi): “Mənə komandan yorğun idi deyə sual verirlər. Onu deyim ki, gündə 15 saat çalışıb ay sonunda evə bir neçə yüz avroyla qayıdan ata yorğun olar, biz yox”.

Pavel Nedved (“Yuventus”un sabiq yarımmüdafiəçisi): “Bir komanda aşağı liqaya düşər futboçuları gedər, adamlar yenə orda qalar”.

Luis Felipe Skolari (Braziliya millisinin sabiq baş məşqçisi): “Bir kubok qazanmaq istəyirsinizsə, Pelenin dediklərinin əksini edin”.

Ser Aleks Ferqyüson (“Mançester Yunayted”in əfsanə baş məşqçisi): “Ronaldonun qolundan sonra Evraya niyə onun qarşısını kəsmədin söylədim. Videotəkrarı görüncə isə “mən nə danışıram?” deyə özümə sual verdim”

İbrahimoviç (PSJ-nin hücumçusu): “Jurnalistin həyat yoldaşınıza doğum günü hədiyyəsi nə aldınız sualına belə cavab verib: “Heç bir şey. Onsuz da onun İbrahimoviçi var””.

Antonio Kassano (“Parma”nın hücumçusu): “İnter”də olarkən belə demişdi: “Burada ən yaxın dostum Naqotomo. Çünki bir-birimizi anlamırıq. O nə danışır mən gülürəm, mən danışıram o gülür”.

Arda Turan (Madrid “Atletiko”sunun yarımmüdafiəçisi): “Falkao meydanda uçan milçək görsə, onu qapıya vurur”.

Elsevər