Qol vurub arvadını öpdü, hakim qeydə almadı - Video

qol-vurub-arvadini-opdu-hakim-qeyde-almadi
Oxunma sayı: 4382

Bolqarıstan çempionatında keçirilən “Ludoqorets” – “Slaviya” matçında maraqlı anlar yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, qarşılaşmanın matçın 79-cu dəqiqəsində “Ludoqorets”in braziliyalı futbolçusu Vanderson qol vurub və sevincini tribunadan matçı izləyən həyat yoldaşını öpərək qeyd edib. 

Lakin matçın baş hakimi qaydalar çərçivəsində vurulan qolu ofsayt səbəbiylə qeydə almayıb. Qarşılaşma 0:0 hesabıyla başa çatıb.