İngiltərə Federasiya Kubokunun 1/8 final mərhələsinin “Çelsi” – “Lids” oyununda bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, matçın 8-ci dəqiqəsində Mateo Cozefinin qoluna sevinən “Lids” azarkeşi tribunadan yıxılıb.
Ciddi xəsarət alan azarkeş xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, “Çelsi” “Lids” i 3:2 hesabıyla məğlub edərək, 1/4 finala yüksəlib.