“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün AVRO-2016-nın seçmə mərhələsində Türkiyə yığması ilə Hollandiya millisinin üz-üzə gəldiyi matçda qol vuran Sneyder qol sevincini həyat yoldaşı Yolans Cabauya hədiyyə edib. İlk evliliyindən bir oğlu olan futbolçu qol vurduğu topu qarnına qoyaraq arvadının hamilə olmasına işarə edib. Matçdan sonra futbolçu Hollandiya mətbuatına yoldaşının hamilə olduğunu bildirib. Cabaunun bacısı də Sneyderin yaxında ata olacağını təsdiqləyən tvit yazıb.
Qeyd edək ki, ilk dəfə körpə həyəcanı yaşayan məşhur model keçən il İtaliya mətbuatına verdiyi müsahibədə “Hər an hamilə qala bilərəm. Artıq özümü bunun üçün hazır hiss edirəm. Ancaq uşağımın Türkiyədə doğulmasını istəyirəm”, deyə bildirmişdi.
Könül
Son xəbərlər
Son Xəbərlər