Qolugüclü qadınlar - Fotolar

qoluguclu-qadinlar
Oxunma sayı: 5835

Bəziləri idmanla məşğul olan qadınların öz gözəlliklərini və bədən quruluşlarını bu sahəyə qurban verdiyini düşünür. Ancaq təqdim etdiyimiz fotolar tamamilə əksini deyir. Bu qadınlar güclü əzələlərə sahib olsalar da, cazibədarlığı ilə göz qamaşdırırlar.

"Qafqazinfo" armrestlinqlə (qol güləşi) məşğul olan xanımların fotolarını təqdim edir:

Lyubov Xarçenko

O, bu idman növü ilə 9-cu sinifdə oxuyarkən məşğul olmağa başlayıb. Rusiyanın Rostov şəhərində doğulan Xarçenkonun 24 yaşı var.

Lyubov Xarçenko eyni zamanda ağırlıqqaldırma ilə də məşğul olub. Onun şəxsi rekordu 175 kq təşkil edir. 24 yaşlı idmançı bir müddət sonra armrestlinq zalı açıb. Lyubov 2017-ci ildə 70 kq çəki dərəcəsində Rusiya çempionu olub.

Sara Bakman 

Sara Bakman artıq çəkidən əziyyət çəkdiyi üçün idmanla məşğul olmağa başlayıb. Məktəb illərində çoxunun ələ saldığı Sara, 1 il ərzində 20 kq çəki atıb. O, qol güləşi ilə 14 yaşında ikən məşğul olub. Hazırda 27 yaşı olan Saranın həm Avropa, həm də dünya çempionatında 8 qələbəsi var.

İrina Qladkaya

İrina Qladkaya isə idmana 14 yaşında ikən başlayıb. Hazırda onun dünya çempionatında 11 qələbəsi var. İrina eyni zamanda Braziliyada keçirilən nüfuzlu "Arnold Classic" turnirində də zəfər qazanıb. Ona çempionluq mükafatını məhz Arnold Şvartseneqqerin özü təqdim edib.

Nataliya Truskalova

Ukraynalı idmançı ilk dəfə qatıldığı Avropa çempionatında bürünc medal qazanıb. Hazırda onun aktivində üç dünya və Avropa çempionluğunu var. Nataliya eyni zamanda yeddi dəfə Ukrayna çempionu olub.


Tatyana Nikişeva

Tatyana Nikişeva 1991-ci ildə Rusiyada anadan olub. 15 yaşında qol güləşi ilə məşğul olmağa başlayıb. 29 yaşlı Tatyananın bu idman növünə olan həvəsi onun Avropa və dünya çempionatında iştirakına gətirib çıxardıb.