Oğuzda evdən bir neçə mobil telefonun oğurlanması polisə müraciət daxil olub.
“Qafqazinfo” DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, keçirilən tədbirlərlə oğrulquda şübhəli bilinən paytaxt sakinləri - Ruslan Həziyev və Xanım Mövsümlü saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, onlar zərərçəkmişin evində bir neçə gün qaldıqdan sonra mobil telefonları da götürərək həmin ünvandan xəbərsiz gediblər. Saxlanılan R.Həziyev ev sahibinə özünü xarici ölkə vətəndaşı kimi təqdim edib.
Faktla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.