Qonaqlar Bakıda

qonaqlar-bakida
Oxunma sayı: 646


“Qafqazinfo” xəbər verir ki, forumda Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstanın nüfuzlu QHT-lərinin rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, yerli hökumət və QHT nümayəndələri iştirak edəcəklər. Forumda qurumun Nizamnaməsinin və yekun sənəd olaraq Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, forumun təşkilində məqsəd quruma üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq əlaqələrinin koordinasiya edilməsi, regionda reallaşdırılan layihələrə ictimai dəstək verilməsi, qarşılıqlı əməkdaşlığa, münaqişələrin aradan qaldırılması təşəbbüslərinə vətəndaş cəmiyyəti institutlarının potensialının səfərbər edilməsidir.

Tədbir noyabrın 27-si, saat 15:00-da “Hilton” hotelində olacaq.