Qonaqlığa görə qovulan məşqçi ilə bağlı klubdan- - Açıqlama

qonaqliga-gore-qovulan-mesqci-ile-bagli-klubdan-
Oxunma sayı: 2111


“Qafqazinfo”ya danışan klubun mətbuat xidməti rəhbəri Hüseyn Cəbrayıloğlu məsələ ilə bağlı bunları deyib: “İstər Emin Quliyev, istərsə də son klubdaxili toplantıdan sonra işindən azad olunan klub nümayəndələri uzun müddətdir ki,”Xəzər Lənkəran”da çalışmış şəxslər idi.”Xəzər Lənkəran” klubu olaraq bunu nəzərə alıb onların nə səbəbə işlərindən azad olunduğunu etik cəhətdən açıqlamadıq.Emin Quliyevə gəldikdə isə onun işdən azad olunması qətiyyən hər hansı bir qonaqlıqla bağli deyil.

Qeyd edək ki, “Xzər Lənkəran”ın 19 yaşlı futbolçularından ibarət komandasının baş məşqçisi Emin Quliyevin qovulmasına dair mətbuatda maraqlı məlumat yayılıb. Belə ki, Topaz Premyer Liqasında “Xəzər Lənkəran”ın səfərdə “Simurq”la qarşılaşacağı oyun öncəsi Zaqatala klubunun azarkeşi İnqilab dayı kimi tanına şəxsin Emin Quliyevə qonaqlıq verməsi və “Simurq”la matçda “Xəzər Lənkəran”ın 2-0 hesabı ilə uduzması maraqlı mövzulara yol açıb. Bu məğlubiyyətin səbəbi həmin foto və Emin Quliyevin qonaqlıq müddətində Zaqatala azarkeşinə taktika verməsi iddia olunub. Məsələdə günahkar bilinən Emin Quliyevin də münasibətini öyrəmək istəsək də, cəhdlərimiz uğursuz oldu.


İqbal