Tovuz rayonunda yeyib-içən gənclərin məclisi sonda qətllə nəticələnib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, Tovuz rayon Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Elvin Submat oğlu münaqişə zəminində Gədəbəy rayon Əmiraslanlı kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədov İlqar Zülfüqar oğlunu öldürüb.
Məlumata görə, tanışlar məclis quraraq spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə baş verib. Bu zaman Elvin Əhmədov bıçaqla İlqar Məmmədovun ürəyindən zərbə vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər