Ukraynanın Baş Naziri Aleksey Qonçaruk növbəti dəfə istefa ərizəsi yazıb.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Baş Nazir ərizəsini Radaya göndərib. Bu barədə spiker Dmitri Razumkov “Xalqın Xidmətçisi” fraksiyasının iclasında deyib.
Məlumata görə, Prezident Vladimir Zelenski bu posta Qonçarukun müavini Denis Şmıqalı təyin etməyi təklif edib.
Xatırladaq ki, Aleksey Qonçaruk yanvarın 17-dən istefa qərarını açıqlasa da, Zelenski bu qərarı dəstəkləməmişdi.
Son xəbərlər
Son Xəbərlər