Qondarma respublikaların tanınması ilə bağlı ATƏT-dən xəbərdarlıq

qondarma-respublikalarin-taninmasi-ile-bagli-atet-den-xeberdarliq
Oxunma sayı: 5686

 “Rusiyanın qondarma Luqansk və Donetsk Xalq Respublikalarının müstəqilliyini tanıması Minsk razılaşmalarının pozulması demək olacaq".

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bazar ertəsi Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə bildirib.

Rusiya Prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını xatırladan Rau deyib: 

“Biz hamımız Moskvada keçirilən Təhlükəsizlik Şurasının iclasını böyük narahatlıq və həyəcanla izlədik. Minsk razılaşmaları, Donetsk və Luqansk vilayətlərinin beynəlxalq hüququn subyektləri kimi tanınmamasını nəzərdə tutur. Onların tanınması Minsk razılaşmalarının pozulması deməkdir”.

Xatırladaq ki, Putin iclasın sonunda DXR və LXR-in tanınması ilə bağlı qərarını bu gün elan edəcəyini bildirib.