Qondarma “soyqırımı” abidəsini ziyarətdən imtina etdilər

qondarma-soyqirimi-abidesini-ziyaretden-imtina-etdiler
Oxunma sayı: 644

Milli Məclisin 24 fevral iclasında Ermənistana səfərindən danışan deputat Azay Quliyev belə deyib. Milli Məclisin üzvü qeyd edib ki, “Avronest” Parlament Assambleyasının nümayəndə heyətinin Serj Sərkisyanla görüşündə Litvadan olan deputat Azərbaycan torpaqlarından qovulmuş insanların hüquqlarının necə müdafiə olunacağı məsələsini qaldırıb: “Sərkisyan bu sualdan yayındı. Bundan başqa İrəvanda bizim tərəfimizdən vurğulandı ki, Azərbaycan dövləti erməni və azərbaycanlıların Dağlıq Qarabağda təhlükəsiz yaşamasına tam təminat verir. Sərkisyanın qarşısında sual qaldırıldı ki, münaqişənin həlli üçün hansısa bir vaxt çərçivəsi müəyyənləşdirə bilərsizmi? Təəssüf ki, bu məsələyə də heç bir cavab alınmadı”.

Deputatın sözlərinə görə, Azərbaycan nümayəndə heyəti protokola görə təyin olunmuş uydurma erməni soyqırımı abidəsinə ziyarətdən imtina edib: “Çıxışlarımızdan sonra bizə xəbərdarlıq olundu ki, qonaqpərvərlik nümayiş etdirərək sizin üstünüzə getmirik. Demək istəyirdilər ki, bu çıxışlara görə sizi cəzalandıra bilərik. Bizə tez-tez irad tuturdular ki, təbliğatla məşğulsuz”.