“Qonorar mənə maraqlı deyil”

qonorar-mene-maraqli-deyil
Oxunma sayı: 940


“Bu yaxınlarda “Çanaqqala” layihəsində iştirak etdim. Çox ciddi layihə idi. Orada yer almaq mənim üçün sevindirci haldır. Bilirsiniz ki, “Çanaqqala müharibəsində azərbaycanlılar da iştirak edib, şəhid olublar.  Bundan əlavə, “Arzuların ardınca” filmində “Getmə gəl” mahnım soundtrack kimi səsləndirilib. Filmin ilk görüntülərini bəyəndiyim üçün mahnımın səsləndirilməsinə icazə verdim. Çox sevinirəm ki, Azərbaycanda yenidən filmlər çəkilməyə başlayıb. Bu sahə yenidən inkişafa doğru gedir.  Məni də dəfələrlə filmdə çəkilməyə dəvət ediblər, amma razılaşmamışam. Ciddi, səviyyəli filmdə rol almaq istəyirəm. Təbii ki, qadağalarım da olacaq. Filmdən alacağım qonorar isə mənim üçün maraqlı deyil. Hər zaman incəsənət dəlisi olmuşam. Pul mənim üçün heç vaxt birinci olmayıb. Əsas sənətdir. Maraqlı ekran işi olsa, özümü aktrisa kimi sınayacam”.

Könül