Qonşu ölkələrdə koronavirusla bağlı son statistika

qonsu-olkelerde-koronavirusla-bagli-son-statistika
Oxunma sayı: 1879

Rusiyada son sutka ərzində daha 8 952 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 396 min 575-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 224 min 551 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 181 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 4 555-ə çatıb. Ümumilikdə 167 min 469 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda koronavirusa yoluxanların sayı daha 11 nəfər artaraq 757-ə çatıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Xəstəlik səbəbindən 12 nəfər həyatını itirib, 600 nəfər isə sağalaraq evinə buraxılıb.

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 251 nəfər artaraq 8 927-yə çatıb.

Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 7 nəfər artaraq 127-yə çatıb. Ümumilikdə 3317 pasiyent müalicə olunaraq sağalıb, 5435  xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.