Rusiyada son sutka ərzində daha 10 028 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 242 271-ə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 192 056 nəfər təşkil edir.
Ötən gün ərzində xəstəlik səbəbindən daha 96 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 2 212-ya çatıb. Ümumilikdə 48 003 pasiyent isə sağalaraq evinə buraxılıb.
Gürcüstanda koronavirusa yoluxanların sayı daha 5 nəfər artaraq 647-ə çatıb. Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.
Xəstəlik səbəbindən 11 nəfər həyatını itirib, 372 nəfər isə sağalaraq evinə buraxılıb.
Qeyd edək ki, Gürcüstanda martın 21-də elan edilən fövqəladə vəziyyət rejimi mayın 22-dək uzadılıb.
Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 180 nəfər artaraq 3 718-ə çatıb. Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 1 nəfər artaraq 48-ə çatıb. Ümumilikdə 1.5 min pasiyent müalicə olunaraq sağalıb.
2 149 xəstənin müalicəsi davam etdirilir, 34 766 insan isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə aprelin 13-dən etibarən tətbiq olunan fövqəladə vəziyyət mayın 14-dək uzadılıb.
Dünya üzrə isə 4 354 545 insan koronavirusa yoluxub, 293 033 nəfər isə vəfat edib.
Son xəbərlər
Son Xəbərlər