Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

qonsu-olkelerde-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1165

Gürcüstanda son 24 saat ərzində daha 1 872 nəfərdə COVID-19 aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 21 min 208-ə çatıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, ölkədə sutka ərzində daha 14 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 215-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 11 min 370 nəfərdir.

Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.

Rusiyada  isə son bir gündə 17 min 347 yeni yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo”nun xəbərinə görə, Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 219 pasiyent ölüb, 7 min 574 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ölkə üzrə ümumilikdə 1 milyon 531 min 224 nəfər insan koronavirusa yoluxub.