Rusiyada son bir gündə koronavirusa 23 652 yoluxma faktı qeydə alınıb.
“Qafqazinfo” “worldometers”ə istinadən xəbər verir ki, son 24 saat ərzində 454 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 60 911 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 355 794 nəfər koronavirusa yoluxub. İndiyədək 2 731 129 nəfər sağalıb.
Gürcüstanda son 24 saat ərzində daha 537 nəfərdə “COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 236 028-ə çatıb.
Ölkədə sutka ərzində daha 34 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2728-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 224 189 nəfərdir.
Ermənistanda son sutka ərzində daha 361 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 161 415 nəfərə çatıb. Daha 7 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2 908-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 147 961 nəfərdir.
Son xəbərlər
Son Xəbərlər