Rusiyada son bir gündə koronavirusa 15 916 yoluxma faktı qeydə alınıb.
“Qafqazinfo” “worldometers”ə istinadən xəbər verir ki, son 24 saat ərzində 407 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 77 068 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 983 197 nəfər koronavirusa yoluxub. İndiyədək 3 472 091 nəfər sağalıb.
Gürcüstanda son 24 saat ərzində daha 204 nəfərdə “COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 262 228-ə çatıb.
Ölkədə sutka ərzində daha 15 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 3298-a çatıb. Ümumilikdə sağalanların sayı isə 254 350 nəfərdir.
Ermənistanda son sutka ərzində daha 89 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 168 177 nəfərə çatıb. Daha 6 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 3123-yə çatıb. Ümumilikdə sağalanların sayı isə 159 876 nəfərdir.
Son xəbərlər
Son Xəbərlər