Qonşu ölkələrdə vəziyyət necədir?

qonsu-olkelerde-veziyyet-necedir
Oxunma sayı: 744

Rusiyada son bir gündə koronavirusa 21 887 yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” “worldometers”ə istinadən xəbər verir ki, son 24 saat ərzində 612 pasiyent ölüb, bununla da vəfat edənlərin sayı 67 832 nəfərə çatıb. Ölkə üzrə ümumilikdə 3 655 839 nəfər koronavirusa yoluxub. İndiyədək 3 054 218 nəfər sağalıb.

Gürcüstanda son 24 saat ərzində daha 1137 nəfərdə “COVID-19”un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 251 071-ə çatıb.

Ölkədə sutka ərzində daha 11 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 2998-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 238 101 nəfərdir.

Ermənistanda son sutka ərzində daha 307 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 165 528 nəfərə çatıb. Daha 5 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 3021-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 154 046 nəfərdir.