Qonşudan qaçırdığı maşınıyla qəza törətdi

qonsudan-qacirdigi-masiniyla-qeza-toretdi
Oxunma sayı: 1719

Gəncədə yeniyetmə qəza törədib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsində baş verib. Belə ki, 2005-ci il təvəllüdlü şəhər sakini Aqil Əsgərov qonşusunun "VAZ-21099" markalı avtomobilini icazəsiz götürüb və daha sonra qəza törədib. İdarəetməni itirən sürücü maşını yol kənarındakı səkiyə çırpıb.

Qəza zamanı yeniyetmə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli