Qonşular 24 yaşlı qızı döydülər

qonsular-24-yasli-qizi-doyduler
Oxunma sayı: 3870

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Qapanlı kənd sakini, 1992-ci il təvəllüdlü Aysel Məmmədova qarının küt travması və hər iki biləyinin xəsarəti əlamətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Qızın yaxınları bildirib ki, o qonşuluqda yaşayan bir neçə nəfər tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.