Qonşular qoyuna görə dalaşdı - Biri bıçaqlandı

qonsular-qoyuna-gore-dalasdi
Oxunma sayı: 1265

Yevlax rayonunda qoyunların qonşunun əkin sahəsində otlamasına görə insident yaşanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Salamabad kəndi ərazisində baş verib.

Kənd sakini Orxan Məmmədov qoyunlarını kəndliləri Araz Qocayev və Elçin Hüseynovun yonca və arpa sahələrində otarıb. Buna görə tərəflər arasında dava düşüb, nəticədə O.Məmmədov üzərində olan qatlanan cib bıçağı ilə Araz Qarayevin qarın və kürək nahiyələrindən zərbələr vurub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Murad Əhməd