Qonşuları “Leonardo Di Kaprio”dan şikayət etdi...

qonsulari-leonardo-di-kapriodan-sikayet-etdi-
Oxunma sayı: 3330


Deyilənlərə görə, kirayə tutduğu evin pulunu ödəyə bilməyən anası 10 gün əvvəl bütün əşyalarını götürüb böyük qardaşının yanına köçüb. Aktyor isə evdən çıxmaq istəməyib. Boş  evdə yaşayan aktyor gecələr də bağçada yatır. Ancaq qəribə davranışlarına görə qonşuları Kuralı polisə şikayət edib. Qonşular onu uşaqları qorxutduğu üçün bağçadan qovub. Vəziyyəti öyrənən Gülnur Kural köhnə evə gəlib və qonşuları həyətə toplayıb. Ananın sözünə görə, Kuralın evi tərk etməməsinə səbəb oranı çox sevməsidir: “Oğlum buranı çox sevir, nə qədər desəm də, mənimlə qardaşımgilə gəlmədi. Nə edək, pulumuz yoxdur”. Bütün əşyalarını çamadanlara toplayıb qapının ağzına qoyan qonşular Kuralın həyətdəki daşları pul kimi gördüyünü və qəribə hərəkətlər etdiyini deyib. 

Yaşayacağı evi olmadığı üçün sevdiyi Böyükçəkməcədə hər yerin ona məxsus olduğunu deyən, öldüyünə dair çıxan xəbərlərə gülən aktyor mətbuatı izləmədiyini də bildirib: “ Ölmüşəm, xəbərim yox. Həyatımdan razıyam, əsas olan da budur”. 

Qeyd edək ki, Gülnur Kural əvvəllər də açıqlamalarında oğlunun sahildəki daşları qızıl hesab etdiyini deyib.

Günel Hacı