Qonşusunu baltalayana hökm oxundu - 16 il

qonsusunu-baltalayana-hokm-oxundu
Oxunma sayı: 1042

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu baltalayaraq öldürməyə cəhddə təqsirləndirilən Pənah Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə P.Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı ildə Bakıda qeydə alınıb. P.Əlieyv qonşusu Xalid Lətifzadə ilə mübahisə edib, içkili olan Lətifzadə qarşı tərəfi söyərək təhqir edib. Bu zaman P.Əliyev onu daş və balta ilə vuraraq yaralayıb.

Murad Əhməd