“Qafqazinfo” lent.az-a istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Ə. Fətullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl keçən il noyabrın 11-də Xaçmaz şəhərindəki 92 saylı texniki peşə liseyinin qarşısında qeydə alınıb. Bir-birilə qonşuluqda yaşayan 19 yaşlı Əlihüseyn Fətullayev mübahisə zəminində 21 yaşlı Polad Nəbiyevi bıçaqla qətlə yetirib. Xaçmaz rayon prokurorluğunun və polis şöbəsinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Əlihüseyn Fətullayev şübhəli şəxs kimi saxlanılıb.
Onu da qeyd edək ki, Əlihüseyn Fətullayev bir müddət əvvəl nənəsinin evindən oğurluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunub, ancaq sonradan şərti cəza ilə azadlığa buraxılıb.
Son xəbərlər
Son Xəbərlər