Qonşusunu döydüyünə görə üzr istəyib, baş verənlərdən danışdı

qonsusunu-doyduyune-gore-uzr-isteyib-bas-verenlerden-danisdi
Oxunma sayı: 2268

Tuzlada çəkilişə etiraz etdiyi üçün 65 yaşlı qonşusu Hüseyn Meriçi döyən məşhur müğənni Halil Sezai baş verənlərlə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə paylaşım edən Sezai qonşusunu döydüyünə görə üzr istəsə də, əslində davaya Meriç tərəfindən təhrik olunduğunu deyib:

“Rejissorumuz Aytaç Ağırlarla birlikdə 6 nəfərlik heyətlə Youtube formatı üçün yemək tolk şousu hazırlayırdıq. Qonaq dəvət edir, yemək bişirir, söhbət edirik. Ancaq təəssüf ki, 5 aydır bir bölüm belə çəkə bilməmişik. Çünki bu 65 yaşlı kişi rejissorumuzla ədavəti üzündən bizə verilişi çəkdirməməyə and içib. 5 aydır içki içərək, qışqır-bağır salaraq bizi söyür. 5 aydır səbr etdik. Ana-bacı söyüşü söyən 65 yaşlı kişi indi çıxıb hər yerdə danışır. Danışsın. Silah çəkməyini, həyətimizə 30 nəfəri yığmağını hələ demirəm.

Gül-çiçəklə getdiyim evdə nəticə belə oldu. Kamera görüntülərini alıb öz söyüşlərini sildirməsi də məni təəccübləndirmədi. Mənim etdiyim hərəkət “heyvanlıqdır”, buna heç nə demirəm. Tanıyanlar bilir ki, hədsiz səbrli və sakit insanam. Amma bu həddə gəlməyimin də səbəbi var. Çox heyfsilənirəm. Mafiya hekayələrini ağız dolusu danışan, pulu ilə hər kəsi satın ala biləcəyini düşünən adam üçün dəyməzdi. Mən bilmirəm ki, orada 50 dənə kamera var? Bilmirəm ki, şou jurnalistləri məni və ailəmi pis vəziyyətdə qoyacaq? Əlbəttə, bilirəm. Ancaq özümü saxlaya bilmədim. Aylardır davam edən bu qədər təhqirə daş olsaydı, dözməzdi.

Dünən ifadəmi verdim. Bütün detalları bir-bir danışdıq. Olan oldu, çox heyfsilənirəm. Hamıdan da üzr istəyirəm. Ondan da üzr istəyirəm. Hər nə olsa da, belə etməməli idim…”.