Qonşusunu hamamda baltalayanlara hökm oxundu

qonsusunu-hamamda-baltalayanlara-hokm-oxundu
Oxunma sayı: 1573

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 23 yaşlı gənci baltalayıb öldürməkdə təqsirləndirilənMirələkbər Səttarov və Xətai Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinova hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl 2014-cü ilin noyabrın 19-da saat 21:30 radələrində, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində baş verib. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılovu Mirələkbər Səttarov hamamda baltalayaraq qətlə yetirib.

Murad Əhməd