Qonşusunu öldürən şəxsə 14 il həbs- - Bakıda

qonsusunu-olduren-sexse-14-il-hebs-
Oxunma sayı: 982


“Qafqazinfo”  xəbər verir ki, cinayət işinin başlanmasına  Əliağa Qasımovun 2014-cü il martın 10-da  Binəqədi qəsəbəsi, 3-cü mədən, 283 saylı evin həyətinə gələrək, özü ilə gətirdiyi bıçaqla orada yaşayan Xəqani Qurbanova bir zərbə endirərək qəsdən öldürməsi faktı üzrə toplanmış material səbəb olub.

Məhkəmə prosesində Əliağa Qasımov  elan edilmiş ittihamla özünü təqsirli bilməyib, o bıçağı əvvəlcədən özünü müdafiə etmək üçün götürdüyünü qeyd edib.

Məhkəmənin hökmü ilə Əliağa Qasımov ittihamlar üzrə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Ceyhun