Qonşusunu su xəttinə görə daşla yaraladı

qonsusunu-su-xettine-gore-dasla-yaraladi
Oxunma sayı: 1021

Daşkəsəndə qonşular arasında dava xəsarətlə nəticələnib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Alaxancal kəndində qeydə alınıb.

Sakinlər arasında su xətti üstündə yaranan mübahisə zamanı 1981-ci il təvəllüdlü Rüstəm Bayramov qonşusu tərəfindən daşla döyülüb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli