Qonşusunu tüfənglə hədələdi, tutuldu

qonsusunu-tufengle-hedeledi-tutuldu
Oxunma sayı: 900

Zaqatala Rayon Polis Şöbəsinə müraciət edən Aşağı Çardaxlar kənd sakini Ş.Mamayev martın 28-də kənd ərazisində qonşusu F.Qurbanovun onu ov tüfəngi ilə hədələməsini bildirib.

“Qafqazinfo” xəbər verir ki, polis əməkdaşlarının müraciətlə əlaqədar keçirdikləri tədbirlərlə F.Qurbanov saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Onun yaşadığı evə baxış zamanı müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi aşkar edilərək götürülüb.