Qonşusunun evindən qızıl oğurladı

qonsusunun-evinden-qizil-ogurladi
Oxunma sayı: 1378

Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, bununla bağlı daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən, zərərçəkmişin qonşusu Əli Rəsulov saxlanılıb. 

Araşdırma zamanı məlum olub ki, o, oğurladığı qızılları rayonda yerləşən qızıl-zinət mağazasına satıb və əldə etdiyi pulu öz əyləncəsi üçün xərcləyib.

Faktla bağlı araşdırma aparılır.