Bərdə rayonunda fərdi yaşayış evi yanıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qazqurdali kəndində qeydə alınıb.
Tərtər rayon sakini Anar Məmmədova məxsus fərdi yaşayış evi gecə saatlarında yanıb. Hadisə zamanı 4 otaqlı bir mərtəbədən ibarət yaşayış evi əşyaları ilə birlikdə yanaraq kül olub.
A. Məmmədov iddia edir ki, evini qonşusu Mobil adlı şəxs qəsdən yandırıb. Hadisə vaxtı ev sahibləri mənzildə olsa da, xəsarət alan olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon şöbəsinin yanğınsöndürənləri cəlb edilib, alov söndürülüb.
Məmmədovlar ailəsi hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verib. Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli



Son xəbərlər
Son Xəbərlər