Qonşusunun həyətində narkotik yetişdirdi - Foto

qonsusunun-heyetinde-narkotik-yetisdirdi
Oxunma sayı: 1491

Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Səbuhi Səmədov qonşusu C. Əhmədova məxsus yaşayış olmayan yarımtikilinin içərisində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə,  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yarımtikilidən kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 5 kq olan 10 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.