Qonşusunun tövləsini yandıran saxlanıldı

qonsusunun-tovlesini-yandiran-saxlanildi
Oxunma sayı: 1107

Masallı rayonunda qonşusunun tövləsini və ot bağlamalarını yandıran şəxs saxlanılıb. “Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, ötən ilin sentyabrın 19-da rayonun Səmidxan kəndində P. Nəzərova məxsus fərdi yaşayış evinin həyətində yerləşən üzərində ot bağlamaları yığılmış tövlədə yanğın baş verib və nəticədə ona 8 min manat dəyərində ziyan dəyib.

Tikilini qəsdən yandırmaqda şübhəli bilinən rayonun Səmidxan kənd sakini Cavid Qurbanov müəyyən edilərək saxlanılıb. O, törətdiyi əməli etiraf edib və tövləni ban hissəsində yığılmış ot bağlamalarına alışdırıcı ilə od vurmaqla yandıraraq məhv etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.