Qorbaçov məhkəməyə verilir

qorbacov-mehkemeye-verilir
Oxunma sayı: 1804


Birləşmiş Ukrayna Azərbaycanlılrı Konqresindən (BUAK) verilən məlumata görə, bununla bağlı bu gün Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB), Ukrayna Millətlər Assambleyası, Ukrayna Yəhudi Fondu, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzi, o cümlədən Ukraynada fəaliyyət göstərən digər bir sıra xalqların diaspora təşkilatları ilə birgə konfrans keçirlib.

Konfransda  20 yanvar şəhidlərinin  xatirəsi 1 dəqiqələk sükutla yad edilib. Çıxış edən BUAK sədri Rövşən Tağıyev  24 il əvvəl totalitar Sovet imperiyasının  Bakıda və Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə qarşı həyata keçirtdiyi  kütləvi qörğınlar  haqqında  ətraflı məlumat verib. 1990 – cı ildə baş verən 20 yanvar hadisəsini müstəqil Azərbaycan dövlətinin qəhrəmanlıq səlnaməsi  adlandıran R.Tağıyev qəhrəman oğul və qızlarımızın qanı bahasına əldə olunmuş müstəqil Azərbaycan dövlətinin inkişaf edərək  dünyanın ən  aparıcı ölkələri arasında  öz layiqli yerini tutmasından bütün azərbaycanlılarla yanaşı Ukraynadakı azərbaycanlıların da qürur duyduğunu bildirib . 20 yanvar faciəsinin  totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı  həyata keçirtdiyi ən dəhşətli cinayətlərdən biri olduğunu  söyləyən  Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov ,Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin rəhbəri ,professor Rafiq Novruzov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov ,Ukrayna Yəhudi Fondunun prezidenti  Arkadi Manastrkski, Ümumukrayna Tatar Mədəniyyət Mərkəzinin prezidenti Pyotr Şarafetdinov , və digər  xalqların diaspora rəhbərləri 20 yanvar faciəsindən 24 il ötməsinə baxmayaraq  bu qanlı cinayətdə bir başa əli olan Mixayil Qarbaçov və o vaxtkı sovet rəhbərliyinin  beynəlxalq məhkəmə qarşısında cavab vermələrinin vacibliyini bildiriblər .Və bununla bağlı Ukrayna Millətlər Assableyası adından beynəlxalq təşkilatlara müraciət qəbul olunduğunu  vurğulaylblar.Dünya Birliyini və Beynəlxalq təşkilatlari indiyədək bu qanlı faciəyə hüquqi siyasi qiymət verməməkdə itdiham edən natiqlər, bunun əvəzinə Qarbaçov kimi  qatı bir cinayətkara nobel mükafatının verilməsini tarixi saxtakarliq və ədalətsizlik kimi səciyyələndiriblər. Konfransda  azərbaycan xalqının   şan və şərəf tarixi olan   20 yanvar  hadisələrinin  dünya durduqca qəhrəmanlıq təcəssümü kimi  xatırlanacağı, müstəqilliyimiz uğrunda canlarından keçən şəhid oğul və qızlarımızın xatirələrinin isə daima əziz tutulacağı  qeyd edilib.