Qorbaçov xəstəxanaya yerləşdirildi

qorbacov-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1923

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Qorbaçov bu səbəbdən özü haqda çəkilən “Qorbaçovla görüş” sənədli filminin təqdimatına gedə bilməyib. Bu barədə filmin rejissoru Andre Sinqera məlumat verib:

“Qorbaçov filmin nümayişinə gəlmək istədi. Ancaq özünü yaxşı hiss etmədiyindən xəstəxanaya yerləşdirilib. Həkimlər təqdimata gəlməyə icazə verməyiblər”.

Qeyd edək ki, “Qorbaçovla görüş” 41-ci Moskva Beynəlxalq Kinofestivalının bağlanışını edəcək.