Ukraynalı jurnalist Dmitri Qordon “Rosfinmonitorinq”in terrorçu və ekstremistlərinin reyestrinə daxil edilib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, “Rosfinmonitorinq” bu siyahıya ukraynalı jurnalist Fəxrudin Şərəfmalı da əlavə edib.
Qanuna əsasən, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və onların xidmətini dayandırır.
Qeyd edək ki, 21 mart 2022-ci ildə Rusiya İstintaq Komitəsi Qordona qarşı rus hərbçilərinə hücum etmək və nüvə silahından istifadə etməklə Rusiyaya qarşı müharibə başlatmaq çağırışlarına görə üç maddə ilə cinayət işi açıb.

Son xəbərlər
Son Xəbərlər