Qorxmaz Hüseynov qəbul keçirdi - Fotolar

qorxmaz-huseynov-qebul-kecirdi
Oxunma sayı: 2510

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Ağcabədi şəhərində Ağcabədi və Laçın rayonlarının sakinlərini qəbul edib. 

“Qafqazinfo”nun məlumatına görə, qəbuldan əvvəl sədr Qorxmaz Hüseynov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Ağcabədi şəhərindəki 5 saylı Regional Sukanal İdarəsinin inzibati binasında keçirilən qəbulda Ağcabədi və Laçın rayonlarından olan 53 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri,  işə qəbul və digər məsələlərlə bağlı olub.

Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.