Qorxmaz Hüseynov vətəndaşları qəbul edib

qorxmaz-huseynov-vetendaslari-qebul-edib
Oxunma sayı: 1808

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından olan sakinləri qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Lənkəran, Astara və Lerik rayonlarından 30 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri əsasən içməli su təchizatı və kanalizasiya xidmətləri,  işə qəbul və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.