Qorxmaz Hüseynov vətəndaşları qəbul edib - Fotolar

qorxmaz-huseynov-vetendaslari-qebul-edib
Oxunma sayı: 1568

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov noyabrın 15-də Mingəçevir şəhərində Mingəçevir və Yevlax şəhərlərindən olan sakinləri qəbul edib.

"Qafqazinfo"nun məlumatına görə, Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Mingəçevir şəhərindən və Yevlax rayonundan 36 vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri əsasən, içməli su təchizatı və kanalizasiya xidmətləri,  işə qəbul və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.