Qorxunun əcələ faydası çoxdur

qorxunun-ecele-faydasi-coxdur
Oxunma sayı: 2565


Heç qorxu hissi ilə çıxış yolu düşünmüsünüz? Yəqin ki, olub. Amma illərlə ağlınıza gətirə bilməyəcəyiniz çarəni, qorxanda düşündüyünüz əlli fikirin 3-5 saniyə tezliyində baş verdiyini bəlkə də çoxunuz bilmirsiniz. Beyin dalana sıxışanda inkişaf etməyə başlayır. Narahatlıq ağrıverici hissdir. Sıxıntı ağrının küt formasıdır. Amma rahatlıq hissi insanı geriyə aparan hissdir. Qorxu hissi bir dalandır. İnsanın bir dərdi olanda gecələr yata bilmir ki, mən necə edim onu tez bir vaxtda həll edim. Yuxusuzluq- beyin işləyir, məşğuldur deyə yata bilmirsiniz deməkdir. Çoxdan paslanmış beyin inkişaf etməyə başlayır. Fikir verin hər zaman dahi şəxsiyyətlərin, uğurlu insanların nədənsə hamısının “inqibator cücəsi” kimi sıxıntı, problemli keçmişi olur. Bəlkə də Hitler yaxşı örnək deyil. Amma dəyişməz həqiqətdir ki, Hitler böyük şəxsiyyət— nasizm ideyasının yaradıcısı, Alman Nasional Sosialist Fəhlə Partiyasının (NSDAP) sədri, 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti kimi o balaca boyu ilə adını tarixə yazdırıb. Hitler deyir ki, əgər mənim ögey atam yəhudi olmasaydı, mən bu gün Hitler ola bilməzdim. Güman edirəm ki, çoxunuz bilirsiniz, bilməyənlərə də deyim ki, Hitler uşaqlıq illərində çox incəsənət ruhlu bir uşaq olur. Rəsmlə məşğul olur. Amma ögey yəhudi atalığı ona uşaqlığını yaşamağa imkan vermir. Döyür, söyür, bir sözlə zülm edir. O 16 yaşında orta təhsilini başa vursa da buraxlış imtahanlarından kəsilir. Orta məktəbdə çox zəif oxumasına baxmayaraq, yaxşı rəssamlıq qabiliyyəti olduğuna görə Vyana İncəsənət Akademiyasına daxil olmaq istəyir. Lakin akademiya tərəfindən ona rəssamlığa yararsız olması izahatı ilə iki dəfə (1907, 1908) rədd cavabı verilir. Bunları deməkdə məqsədim odur ki, yəhudi atalığının etdikləri azmış kimi, onu bu imtahandan kəsənlər də elə yəhudi müəllimlər olur. İndi dediyim odur ki, bunlar Hitlerdə travma qoyur və bu dalana sıxışmar insani cəhətdən gözəl fiqur yaratmasa da, fərd olaraq uğurlu siyasətçi olur. Əziyyətdən qorxmaq inkişaf etmək istəməmək deməkdir. Məsələn, bəzi adamlar olur, soruşursan ki, filan işi necə edim? Deyir, əşi başasalmaq uzundur (ürəyində də fikirləşir ki, “tpoydur”), özünü də əziyyətə salacaqsan. Mən sənə hazır edib xəbər verərəm. Aha, baxın siz rahatsınız. Beyniniz məşğul olmadı, əziyyətə düşmədiniz, amma həmin iş yenə lazım olsa, siz yenə hansısa adamın ayağına getmək əziyyətini çəkəcəksiniz. Odur ki, bir dəfə əziyyət çəkib o əziyyətin bəhrəsini daimi yemək olar. Məsələn, mənə dəfələrlə “filan şeyi etməkdən qorxmursan?”-deyirlər. Deyirəm ki, yox. Əslində elə ən çox qorxduğum üçün o işi etmək istəyirəm. Qorxunun üstünə getsəm, ya o qorxunu aşacam, anlayacam ki, əslində bu qədər qorxmağa dəyməz. Ya da qorxulu şey həqiqətən qorxulacaq qədərdirsə, o qorxunu ömür boyu yaşamaqdansa, zəncir hardasa qırılmalıdır. Qoyun qırılsın.

İnsan varlığının hissi olaraq bütövləşməsi üçün 3 insani hisslərə aid məfhuma həmişə ehtiyac duyur. Yəni İnsanın 3 tələbatı var: 1-bədənin tələbatı, 2-ruhun tələbatı, 3-əqlin təlabatı. Amma Azərbaycanda biri də əlavə olunur. Olur 4-cəmiyyətin tələbatı. Həyatınızda alacağınız vacib olan qərarları o 3 tələbat yerinə yetirməli ikən, siz bu dördüncü yamaq tələbata önəm verirsiniz. O da artıq tutar qatıq, tutmaz ayran. Bəxtinizə nə çıxırsa. Çox hallarda başqalarının ruhunun istədiyi sizi bədbəxtliyə sövq edən şeylər olur. Yəni ya onların arzuları, ya sizin. Bu dördüncü tələbat dünyəvi deyil. Siz düşünürsünüz ki, əsas məsələ əqldir. Amma yanılırsınız. Bəli, qərarlarımızı ağlımıza görə alırıq əksərən. Amma ağlımız hansı hissə önəm verirsə, ona yönəlik qərarlar verir. Əqlin inkişafı üçün də ruhun güclü olması şərtdir. Ruh nədənsə narahat olub, əqli dümsükləməsə, əql əslində boş bir şeydir. Bizdə də o yamaq dördüncü tələbat birbaşa ruhi tələbatınıza xətt çəkdiyinə görə siz yerinizdə saymağa məhkumsunuz. Bir düşünün, elmdə dəlilik, yəni ruhi xəstəlik əqlin pik həddə çatmasıdır. Maraqlı dilemmadır. Deməli, ruh o qədər cığırından çıxmalıdır ki, əqli həddindən artıq inkişaf həddinə, həmin pik nöqtəyə çatdırsın. Bu da bir növ yanaşdığım fəlsəfənin elmi sübutudur. M.S. Ordibadi “Qılınc və qələm”ində deyir ki, “Zülm və haqsızlıq bir çoxlarının milli əzəmətini sarsıdırsa, eyni zamanda qəhrəmanların da mübarizə silahını itiləşdirir.” Əslində Ordibadinin bunu siyasi anlamda dediyi aydındır. Amma həyatımız da kiminsə siyasəti ilə fırlanır. Yəni zülm, haqsızlıq güclü insanları zəiflətmir, hətta çəkdikləri haqsızlıqlara qarşı daha da amansız edir. Həyata atılın. Hansı ki, orada qorunmursunuz. Bəzən qorxunuzun üstünə gedin. Dalana sıxışın ki, kiçildikcə böyüyə biləsiniz. O qəhrəman siz olun. Həyatınızda pis nə baş veribsə, onları sevin. Yaxşı baş verən hadisələr sadəcə xoş xatirə olacaq. Pislər isə sizi çoxlu xoş xatirələr qazanmağa aparacaq.

Əli İbn-Əbutalib də deyib ki, “Ağlı çox olanın sözü az olar.” Mən də ağıllı görünüm deyibən mövzunu çox uzatmıram, inanıram ki, biz anlaşa bildik.