“Qoşa Təpə”də narkotika tapıldı

qosa-tepede-narkotika-tapildi
Oxunma sayı: 1053

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran ərazisindən Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi sərnişin avtobusuna baxış keçirilib.

“Qafqazinfo” xəbər verir ki, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı, xidməti it avtobusun iki sərnişin oturacağına reaksiya verib. Xidməti itin reaksiyasına əsasən, həmin oturacaqların ətrafı əsaslı yoxlanılıb. Nəticədə, avtobusun yan divarına tərəf olan oturacağın üzlüyünün altında 2 ədəd bükümdə, xalis çəkisi 93,18 qram olan narkotik vasitə - heroin aşkar edilib.